İran İordaniyada yerləşən Əl-Əzraq aviabazasındakı Almaniya hərbi kontingentinə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.
Bildirilir ki, 10 mart gecəsi İrandan buraxılan ballistik raketlər Bundesverə məxsus kazarma binasına dəyib. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri də yerləşir.
Hücum zamanı alman hərbçilərinin sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.
Hazırda raketlərin birbaşa hədəfə dəydiyi, yoxsa məhv edilmiş raketlərin qalıqlarının bazaya düşdüyü dəqiqləşdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media