Venesuela Amerika investorlarının ölkə iqtisadiyyatına çıxışını bərpa etmək üçün Donald Trampın heykəlini ucaltmağı planlaşdırır.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-ın daxili işlər naziri Duqlas Burqum deyib.
O, əlavə edib ki, Karakas ölkənin Vaşinqtonla əməkdaşlığa açıqlığını və Amerika biznesinin geri qayıtmasını alqışlayır.
Burqum bildirib ki, Venesuela xalqı prezident Trampın böyük bir azadlıqsevər kimi heykəlini ucaltmağı planlaşdırır, çünki o, iyirmi ildən çox müddət sonra Venesuealanın iqtisadiyyatına töhfə verir.
Nazir həmçinin bildirib ki, bu yaxınlarda neft və mədən sənayesinin bərpası planlarının müzakirə olunduğu Venesuela paytaxtına səfərindən qayıdıb. O, əlavə edib ki, ötən həftə ilk mineral ixrac lisenziyaları, eləcə də 100 milyon dollarlıq qızıl ixracına şərait yaradılıb.
Burqum vurğulayıb ki, Venesuelanın əhəmiyyətli mineral ehtiyatları var. O qeyd edib ki, onun hesablamalarına görə, təkcə ölkədəki qızılın həcmi təxminən 500 milyard dollar dəyərində ola bilər.
Bizim.Media