ABŞ İranın qonşularını və dünyanı raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir.
Bizim.Media xəbər verir ki, bunu dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, ABŞ-ın davam edən hava hücumlarının məqsədi İranın ballistik raket ehtiyatını, onları istehsal etmək və atmaq qabiliyyətini məhv etməkdir.
Rubio ABŞ-ın böyük güc və dəqiqliklə irəlilədiyini əlavə edib.
Bizim.Media