“ABŞ və İsrailin İrana endirdiyi zərbələr beynəlxalq hüququ pozur”.
Bizim.Media “The Guardian”a istinadla xəbər verir ki, bunu İsveçrənin müdafiə naziri Martin Pfister bildirib.
Nazirin sözlərinə görə, İsveçrənin Federal Şurası İrana edilən hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
O bildirib ki, hərbi əməliyyat BMT prinsiplərinə uyğun deyil. Xüsusilə də, güc tətbiqindən imtina ilə bağlı müddəa pozulub.
İsveçrəli nazir bütün tərəfləri atəşi dayandırmağa çağırıb ki, mülki əhali təhlükə altına düşməsin.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media