“İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərar İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Times of Israel" qəzetinə müsahibəsində deyib.
"Düşünürəm ki, bu, birgə qərardır. Qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Amerika lideri əlavə edib.
İsrailin ABŞ-nin iştirakı olmadan əməliyyatı davam etdirməsi ehtimalı ilə bağlı suala Tramp belə cavab verib:
"Düşünmürəm ki, bu, lazım olacaq".
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media