Xəbər verdiyimiz kimi, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Bizim.Media xəbər verir ki, Müctəba Xameneinin İranın yeni ali rəhbəri seçilməsindən sonra bir sıra şəhərlərdə əhali küçələrə axışaraq bu hadisəni qeyd edir.
Dəstək nümayişində müxtəlif şüarlar səsləndirilib.
Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Bizim.Media