Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığından sonra İran Prezidenti Məsud Pezeşkian ilə də telefon əlaqəsi saxlayıb.
Bizim.Media xəbər verir ki, Makron söhbət zamanı Tehranı region ölkələrinə qarşı hücumları dərhal dayandırmağa və Hörmüz boğazında gəmiçiliyin sərbəstliyini təmin etməyə çağırıb. O, həmçinin İranın boğazın faktiki bağlanmasına səbəb olan addımlarının dayandırılmasının vacibliyini vurğulayıb.
Fransa prezidenti İranın nüvə və ballistik raket proqramlarının inkişafı ilə bağlı narahatlığını da ifadə edib və bölgədə gərginliyin azalması üçün diplomatik həll yollarının vacibliyini qeyd edib.
Makronun sözlərinə görə, tərəflər mövcud vəziyyətlə bağlı əlaqədə qalmaq barədə razılığa gəliblər.
Bizim.Media