Venesuela ABŞ-a təxminən 100 milyon dollar dəyərində qızıl tədarük edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın daxili işlər naziri Duqlas Berqam Fox News telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, qızılın çatdırılması cümə günü həyata keçirilib və əsasən sənaye və kommersiya məqsədləri üçün nəzərdə tutulub.
Daha əvvəl Axios portalı yazmışdı ki, ABŞ və Venesuela hakimiyyətləri 1 tona qədər qızıl külçəsinin tədarükü barədə razılığa gəliblər. Məlumata görə, Venesuelanın dövlət şirkəti Minerven təxminən 650–1000 kiloqram qızılı beynəlxalq ticarət şirkəti Trafiguraya təqdim etməlidir.
Daha sonra Trafigura həmin qızıl külçələrini ABŞ-dakı emal (affinaj) zavodlarına çatdıracaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da bildirmişdi ki, Vaşinqton Venesueladan 80 milyondan çox barel neft də əldə edib.
Bizim.Media