İsrailin müdafiə naziri İsrael Katz ölkənin ali hərbi rəhbərliyinin iştirakı ilə keçirilən iclasda İran ali liderinin yeni təyin olunmuş hərbi katibinin məhv edildiyi təsdiq edib.
Bizim.Media xəbər verir ki, nazir Abu əl-Qasəm Babayanın öldürüldüyü bildirib.
Babayan bir neçə gün əvvəl, əvvəlki hərbi katibin ilk zərbə nəticəsində həlak olmasından sonra təyin edilmişdi.
Katz vurğulayıb ki, bu məlumat İsrail ordusu tərəfindən təqdim olunan yenilənmiş situasiya qiymətləndirmələrinə əsaslanır.
O, İsrail hərbçilərinə çağırış edərək “hamısını ovlamağa davam etmələrini” tələb edib.
Bizim.Media