ABŞ və İsrailin İrana qarşı başladığı müharibə zamanı həlak olan 6 amerikalı hərbçinin cənazəsi ABŞ-a gətirilib.
Bizim.Media xəbər verir ki, cənazələr ölkənin Delaver ştatında yerləşən Dover Hərbi Hava Qüvvələri bazasında keçirilən xüsusi mərasimlə qarşılanıb.
Mərasimdə ABŞ prezidenti Donald Tramp, həyat yoldaşı Melania Tramp, vitse-prezident JD Vens və həyat yoldaşı Uşa Vens, həmçinin ABŞ müdafiə naziri Pit Heqset və digər yüksək vəzifəli hərbçilər iştirak ediblər. Mərasim zamanı hərbçilərin tabutları hərbi salamla qarşılanıb. Rəsmilər və hərbçilər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər.
Qeyd olunub ki, mərasim zamanı rəsmi çıxış edilməyib. ABŞ rəsmiləri həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər.
ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar regionda gərginliyi artırıb və tərəflər arasında qarşılıqlı hücumlar davam edir. ABŞ hərbçilərinin ölümü isə münaqişənin ABŞ üçün də ciddi itkilərlə müşayiət olunduğunu göstərir.
Bizim.Media