İsraildən İrandakı yüksək vəzifəli şəxslərə HÜCUM HƏDƏSİ

İranda yeni dini liderin seçilməsi üçün Ekspertlər Məclisinin yaxın 24 saat ərzində toplanacağı gözlənildiyi bir vaxtda İsraildən gərginliyi artıran açıqlama gəlib. İsrail ordusunun sözçüsü Avixay Adraee İranın yüksək vəzifəli şəxslərinə qarşı hücum edilə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Adraee sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, İranın dini lideri Əli Xameneinin öldürülməsindən sonra ölkə rəhbərliyi yeni ali lider seçmək üçün yenidən təşkilatlanmağa çalışır.

Onun sözlərinə görə, İran Ekspertlər Məclisinin Kum şəhərində toplanacağı gözlənilir.
 

İsrailli sözçü açıqlamasında yeni seçiləcək dini liderlə yanaşı seçki iclasında iştirak edən şəxslərin də hədəf ola biləcəyini bildirib. Bu açıqlama regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb.


İran Ekspertlər Məclisinin üzvü Hüseyn Muzəffəri isə bildirib ki, yeni dini liderin seçilməsi ilə bağlı hələ rəsmi iclas keçirilməyib.

Onun sözlərinə görə, Ekspertlər Məclisi yaxın 24 saat ərzində toplanaraq bu məsələni müzakirə edə bilər.

İran Konstitusiyasına görə ölkənin ali dini və siyasi rəhbəri 88 nəfərdən ibarət Ekspertlər Məclisi tərəfindən seçilir. Bu məclisin üzvləri isə xalq tərəfindən keçirilən seçkilərlə müəyyən olunur.

Məclisin əsas səlahiyyətləri arasında dini lideri seçmək və zəruri hallarda onu vəzifədən uzaqlaşdırmaq da var.
 

ABŞ və İsrail 28 fevral tarixində İrana hərbi hücumlara başladıqdan sonra regionda vəziyyət kəskin şəkildə gərginləşib. İran isə İsraillə yanaşı ABŞ-ın Qətər, BƏƏ və Bəhreyndə yerləşən hərbi bazalarına qarşı hücumlarla cavab verib.


İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində 926 nəfər həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsfahanda Səfəvilər dövrünə aid tarixi abidə ciddi zədələndi - FOTO

İsfahanda Səfəvilər dövrünə aid tarixi abidə ciddi zədələndi - FOTO

Ömər Çelik: “Türkiyə öz ünvanına olan hücumlara dözməyəcək”

Ömər Çelik: “Türkiyə öz ünvanına olan hücumlara dözməyəcək”

İran səfiri Türkiyə XİN-ə çağırıldı - İZAHAT VERMƏLİDİR

İran səfiri Türkiyə XİN-ə çağırıldı - İZAHAT VERMƏLİDİR

"Avroviziya 2026": Təmsilçimizin mahnı və klipi təqdim olundu - FOTO/VİDEO

"Avroviziya 2026": Təmsilçimizin mahnı və klipi təqdim olundu - FOTO/VİDEO

İranın raket zərbələrindən sonra Ben-Qurion hava limanında xaos - VİDEO

İranın raket zərbələrindən sonra Ben-Qurion hava limanında xaos - VİDEO

Braziliyada 23 futbolçu meydandan QOVULDU - VİDEO

Braziliyada 23 futbolçu meydandan QOVULDU - VİDEO

ABŞ və İsrail bu adanı ələ keçirsə, neft böhranı dərinləşəcək

ABŞ və İsrail bu adanı ələ keçirsə, neft böhranı dərinləşəcək

İran rəsmisi: Silahlı qüvvələrimiz ABŞ hərbçilərini pusquda gözləyir

İran rəsmisi: Silahlı qüvvələrimiz ABŞ hərbçilərini pusquda gözləyir

"Böyük yeddilik" neftin qiyməti ilə bağlı TƏCİLİ TOPLANIR

"Böyük yeddilik" neftin qiyməti ilə bağlı TƏCİLİ TOPLANIR

"Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO

"Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarını təxliyə edir

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunun əməkdaşlarını təxliyə edir

ANONS VERİLDİ: ABŞ İranda quru əməliyyata BAŞLAYACAQ?

ANONS VERİLDİ: ABŞ İranda quru əməliyyata BAŞLAYACAQ?

XƏBƏRDARLIQ: Neftin qiyməti 215 dollara çatacaq

XƏBƏRDARLIQ: Neftin qiyməti 215 dollara çatacaq

Tramp Avstraliyaya SƏSLƏNDİ: “İranlı qadın futbolçulara sığınacaq verin”

Tramp Avstraliyaya SƏSLƏNDİ: “İranlı qadın futbolçulara sığınacaq verin”

Xalq artisti müğənniyə mahnısını oxumağa İCAZƏ VERMƏDİ - VİDEO

Xalq artisti müğənniyə mahnısını oxumağa İCAZƏ VERMƏDİ - VİDEO

Ailə 18 yaşlı iflic övladı üçün niyə müavinət ala bilmir? - VİDEO

Ailə 18 yaşlı iflic övladı üçün niyə müavinət ala bilmir? - VİDEO

Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq

Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq

BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu

BƏƏ-də helikopter qəzaya uğradı - 2 hərbçi həlak oldu

Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

Ərdoğandan İrana çağırış: “Qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır” - VİDEO

Pezeşkiandan yeni ali rəhbər barədə paylaşım - FOTO

Pezeşkiandan yeni ali rəhbər barədə paylaşım - FOTO

İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

İran qonşularını raketlərlə təhdid edir - Rubiodan SƏRT REAKSİYA

İran qonşularını raketlərlə təhdid edir - Rubiodan SƏRT REAKSİYA

Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

End of content

No more pages to load

RADİO