Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda Yaxın Şərqdə davam edən silahlı münaqişə fonunda cəmi 10 günlük təzə ərzaq ehtiyatı qalıb.
Bizim.Media xəbər verir ki, “bu barədə “Kühne+Nagel” logistika korporasiyasının baş direktoru Ştefan Paul SRF telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hava limanlarının bağlanması və təchizat zəncirlərində yaranan problemlər Fars körfəzi ölkələrində malların qıtlığı riskini artırır.
Ş.Paul qeyd edib ki, hazırda qlobal hava yük daşımaları gücünün təxminən 18 faizi dövriyyədən çıxıb. Bu isə yüklərin çatdırılmasında ciddi gecikmələrə səbəb ola bilər.
O bildirib ki, regionun təchizatını qismən Səudiyyə Ərəbistanı ərazisi vasitəsilə təşkil etmək mümkündür və bundan sonra mallar quru nəqliyyatı ilə daşına bilər. Lakin böhranın uzunmüddətli xarakter alacağı təqdirdə ərzaq və digər malların tədarükündə ciddi fasilələrin yaranması ehtimalı yüksəkdir.
Bizim.Media