İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş kəşfiyyat rəisini öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Tehranda SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taibin evinə hücum edilib. Ev Tehranın Motəmed-ol-Molk küçəsində yerləşir.
Taib Müctəba Xameneinin müttəfiqi hesab olunurdu. İsrail uzun müddətdir ki, onu öldürmək istəyirdi.
Bizim.Media