Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-cü ildə Misir fironu Tutanhamonun məzarını necə kəşf etdiyini bütün təfərrüatları ilə göstərir.

Bizim.Media xəbər verir ki, 1936-cı ilə aid bir radio qeydində Hovard Karter 12 fevral 1924-cü ildə komandası ilə birlikdə firon Tutanhamonla "qarşılaşan" ilk insanlar olduqları anı belə təsvir edir:

"İnsan ayağının bura sonuncu dəfə dəydiyi vaxtdan 33 əsr keçmişdi, lakin buna baxmayaraq, canlı həyatın izləri hələ də ətrafımızda idi."

Karter BBC-yə danışanda xəzinələrlə dolu məzarın tapılmasından artıq 14 il keçmişdi. Fironun toxunulmamış məzarını möcüzəvi şəkildə tapan Karter bu kəşflə həm özünü dünya şöhrətli simaya çevirmiş, həm də dünyada qədim Misirə qarşı böyük bir maraq dalğası başlatmışdı.

Karter fironun min illərdir toxunulmayan daş tabutuna (lahit) çatdıqda hiss etdiyi qəribə duyğuları bu sözlərlə bölüşmüşdü:

"Yarı dolu bir məhlul qabı, qaralmış bir lampa, diqqətsiz bir dülgərin yerdə qoyub getdiyi taxta parçaları..."

Komanda 1130 kiloqram ağırlığındakı daş qapağı qaldıranda məzara ilk dəfə işıq düşmüşdü. Karter o anı belə xatırlayırdı:

"Gözlərimizin önündə canlanan mənzərə o qədər möhtəşəm idi ki, dodaqlarımızdan heyrət dolu bir nida qopdu. İçəridə gənc kralın mükəmməl işçiliklə hazırlanmış qızıl heykəli dururdu."
 

Dünyanın ən böyük arxeoloji kəşflərindən birini etməsinə baxmayaraq, Hovard Karterin rəsmi təhsili yox idi və o, 15 yaşında məktəbi atmışdı. Norfolkdakı evinin yaxınlığında yaşayan aristokrat bir ailənin Misir kolleksiyasına maraq salan Karter rəssamlıq qabiliyyəti sayəsində 17 yaşında Misirdə rəssam-cizgiçi kimi işə düzəlmişdi.


Tutanhamonun məzarının tapılması isə böyük ölçüdə şans məsələsi idi. Məzarın girişi əsrlər boyu qalıq təbəqələri ilə gizli qaldığı üçün nə qəbir oğruları, nə də arxeoloqlar onu tapa bilmişdilər.

1922-ci ilin noyabrında Karter bir şam tutaraq məzarın kiçik dəliyindən içəri baxanda gördüklərini belə ifadə etmişdi:

"Hər yerdə qızılın parıltısı var idi."

Misirin 18-ci sülaləsinin 11-ci fironu olan Tutanhamon taxta çıxanda cəmi 8-9 yaşlarında idi. Təxminən 17 yaşında vəfat edən gənc kralın ölüm səbəbi isə hələ də elm dünyası üçün sirr olaraq qalır.
 

Bu kəşf 1920-ci illərin populyar mədəniyyətinə də dərindən təsir etdi; piramida və lotos çiçəyi motivləri modadan tutmuş memarlığa (Art Deco), səssiz filmlərdən caz mahnılarına qədər hər şeyə ilham verdi.


Kəşfdən bir əsrdən çox vaxt keçsə də, Tutanhamonun hekayəsi insanları valeh etməyə davam edir. Hazırda fironun mumiyalanmış bədəni Misirdəki Krallar Vadisindəki məzarında, məşhur qızıl dəfn maskası isə Qahirə yaxınlığındakı Böyük Misir Muzeyində nümayiş etdirilir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Bu avtobuslar ödənişsizdir – RƏSMİ – FOTO

Bu avtobuslar ödənişsizdir – RƏSMİ – FOTO

Pezeşkiandan İLK AÇIQLAMA

Pezeşkiandan İLK AÇIQLAMA

Emmanuel Addai İtaliya və Almaniya klublarının HƏDƏFİNDƏ

Emmanuel Addai İtaliya və Almaniya klublarının HƏDƏFİNDƏ

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər: “Mənim səsim olun!” - VİDEO

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər: “Mənim səsim olun!” - VİDEO

31 yaşlı kişi kanalda batdı – VİDEO

31 yaşlı kişi kanalda batdı – VİDEO

Azərbaycanda xidməti avtomobillərin yürüş normaları ilə bağlı QƏRAR DƏYİŞDİ

Azərbaycanda xidməti avtomobillərin yürüş normaları ilə bağlı QƏRAR DƏYİŞDİ

Güzəştli ipoteka üçün müraciət edənlərin NƏZƏRİNƏ – BİRGƏ MƏLUMAT

Güzəştli ipoteka üçün müraciət edənlərin NƏZƏRİNƏ – BİRGƏ MƏLUMAT

Ərdoğan Meloni ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Ərdoğan Meloni ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, temperatur 8 dərəcə enəcək

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, temperatur 8 dərəcə enəcək

Naxçıvanda buraxılış imtahanının vaxtı DƏYİŞDİRİLDİ

Naxçıvanda buraxılış imtahanının vaxtı DƏYİŞDİRİLDİ

Məhkəmələrdə çalışan qadın hakimlərin sayı AÇIQLANDI – RƏSMİ

Məhkəmələrdə çalışan qadın hakimlərin sayı AÇIQLANDI – RƏSMİ

Xameneinin Tehrandakı bunkeri də darmadağın edildi – VİDEO

Xameneinin Tehrandakı bunkeri də darmadağın edildi – VİDEO

Prezidentin həmin çıxışı dünya mediasında - FOTO

Prezidentin həmin çıxışı dünya mediasında - FOTO

“Qarabağ” “Araz Naxçıvan”la oyuna ciddi itki ilə ÇIXACAQ

“Qarabağ” “Araz Naxçıvan”la oyuna ciddi itki ilə ÇIXACAQ

Macarıstan Ukraynaya üç gün möhlət verdi

Macarıstan Ukraynaya üç gün möhlət verdi

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cərimələnən sürücülərə ŞAD XƏBƏR - Ödədikləri vəsait geri qaytarılacaq

Cərimələnən sürücülərə ŞAD XƏBƏR - Ödədikləri vəsait geri qaytarılacaq

SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ

SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ

Baş nazirdən nüvə təhlükəsi ilə əlaqədar əhalinin maarifləndirilməsi barədə QƏRAR

Baş nazirdən nüvə təhlükəsi ilə əlaqədar əhalinin maarifləndirilməsi barədə QƏRAR

Onlar artıq doğma yurdlarındadırlar – FOTO

Onlar artıq doğma yurdlarındadırlar – FOTO

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təşkil edəcək – BU TARİXDƏ

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təşkil edəcək – BU TARİXDƏ

"Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

"Qarabağ" "Sabah"la oyunda yaşananlara görə 8700 manat ziyana düşüb

İrandakı səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib – RƏSMİ - FOTO

İrandakı səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib – RƏSMİ - FOTO

End of content

No more pages to load

RADİO