Qətər İranın hərbi təyyarələrini vurdu - VİDEO

Qətər Hərbi Hava Qüvvələri İranın bombardmançı təyyarələrini Yaxın Şərqdə ABŞ hərbçilərinin yerləşdiyi ən böyük hərbi bazaya zərbə endirməzdən bir neçə dəqiqə əvvəl vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN öz mənbələrinə istinadən yayıb.
 

Məlumata görə, İran Su-24 tipli iki taktiki bombardmançı təyyarəni Əl-Udeyd aviabazasına doğru göndərib. Həmin bazada təxminən 10 min amerikalı hərbçi yerləşir. Təyyarələrin digər ehtimal olunan hədəfi isə Qətər iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Ras Laffan qaz emalı zavodu olub.


Mənbələrdən birinin sözlərinə görə, İran təyyarələri hədəflərinə çatmağa “cəmi iki dəqiqə” qalmış məsafədə olub. Digər mənbə isə bildirib ki, təyyarələr vizual olaraq müəyyən edilib və “bombalar və idarə olunan sursatlarla” silahlandığı təsdiqlənib.

Təyyarələr radarların aşkarlamasından yayınmaq üçün çox aşağı hündürlükdə uçur və radio xəbərdarlıqlarına cavab vermirdi. Vaxt məhdudiyyəti və əldə olunan məlumatlara əsasən, onlar düşmən hədəfi kimi qiymətləndirilib. Bundan sonra Qətər Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı döyüşə daxil olaraq hər iki təyyarəni vurub.

İran təyyarələrinin qalıqları Qətərin ərazi sularına düşüb və ekipaj üzvlərinin axtarışı aparılır.

CNN qeyd edir ki, bu hadisə İranın hədəflərinə qarşı pilotlu döyüş təyyarələrinin istifadə edildiyi ilk hadisə, həmçinin Qətər Hərbi Hava Qüvvələrinin hava döyüşündə ilk iştirakı kimi qiymətləndirilir.
 

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn çərşənbə günü keçirilən brifinqdə insidenti təsdiqləyib, lakin İran bombardmançılarının konkret hədəflərini açıqlamayıb.


“Qətər qırıcıları ilk dəfə olaraq təyinat nöqtəsinə doğru hərəkət edən iki İran bombardmançısını vurub”, – deyə o bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: İran Naxçıvana “Arash-2” PUA-sı ilə hücum edib – FOTO

KİV: İran Naxçıvana “Arash-2” PUA-sı ilə hücum edib – FOTO

Dron hücumundan sonra Naxçıvan Hava Limanı – FOTO

Dron hücumundan sonra Naxçıvan Hava Limanı – FOTO

Molla rejiminə SƏRT REAKSİYA – “Azərbaycan cavab vermək hüququna malikdir”

Molla rejiminə SƏRT REAKSİYA – “Azərbaycan cavab vermək hüququna malikdir”

Rəsmi Bakı: Azərbaycan İranın dron zərbələri ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır

Rəsmi Bakı: Azərbaycan İranın dron zərbələri ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır

İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – NOTA TƏQDİM EDİLƏCƏK

İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – NOTA TƏQDİM EDİLƏCƏK

SON DƏQİQƏ! İranın Naxçıvana hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ

SON DƏQİQƏ! İranın Naxçıvana hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ

Naxçıvanda heç bir məktəbə ziyan dəyməyib - Rəsmi açıqlama

Naxçıvanda heç bir məktəbə ziyan dəyməyib - Rəsmi açıqlama

Sabahın HAVA PROQNOZU - 17 dərəcə isti olacaq

Sabahın HAVA PROQNOZU - 17 dərəcə isti olacaq

Naxçıvan aeroportuna HÜCUM ANI – VİDEO

Naxçıvan aeroportuna HÜCUM ANI – VİDEO

Naxçıvanın bu məktəblərində dərslər dayandırıldı – RƏSMİ

Naxçıvanın bu məktəblərində dərslər dayandırıldı – RƏSMİ

Molla rejiminin PUA hücumundan sonra Naxçıvan əhalisi küçələrə çıxdı – VİDEO

Molla rejiminin PUA hücumundan sonra Naxçıvan əhalisi küçələrə çıxdı – VİDEO

Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıtdı

Rusiyada əsir olan macar hərbçilər ölkələrinə qayıtdı

İranın xain hücumuna məruz qalan Naxçıvan Hava Limanının içərisindən VİDEO

İranın xain hücumuna məruz qalan Naxçıvan Hava Limanının içərisindən VİDEO

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Molla rejimi Naxçıvana PUA zərbələrini davam etdirir – ANBAAN VİDEO

Molla rejimi Naxçıvana PUA zərbələrini davam etdirir – ANBAAN VİDEO

Bakıda məktəbli sinif yoldaşı tərəfindən döyüldü: Kamera niyə işləməyib? - İDDİA - FOTO

Bakıda məktəbli sinif yoldaşı tərəfindən döyüldü: Kamera niyə işləməyib? - İDDİA - FOTO

Molla rejiminin Naxçıvan Hava Limanına PUA hücumunun YENİ VİDEOSU

Molla rejiminin Naxçıvan Hava Limanına PUA hücumunun YENİ VİDEOSU

SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO

SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO

Ölü körpə dünyaya gətirən ananın sağlamlıq durumu necədir? – AÇIQLAMA

Ölü körpə dünyaya gətirən ananın sağlamlıq durumu necədir? – AÇIQLAMA

ADY-dən ÇAĞIRIŞ – “Daşı ətəyinizdən tökün” – FOTO

ADY-dən ÇAĞIRIŞ – “Daşı ətəyinizdən tökün” – FOTO

Göyçayda 31 yaşlı kişi itkin düşdü

Göyçayda 31 yaşlı kişi itkin düşdü

Acun dünən gecə aldığı xəbərlə yıxıldı

Acun dünən gecə aldığı xəbərlə yıxıldı

“Zorge” parkının içindən yol salınıb? – FOTO

“Zorge” parkının içindən yol salınıb? – FOTO

Əməkdar artist müdir vəzifəsinə təyin olundu – FOTO

Əməkdar artist müdir vəzifəsinə təyin olundu – FOTO

End of content

No more pages to load

RADİO