Hizbullahın hərbi qanadının İsrail dərinliklərinə zərbələr də daxil olmaqla, hərbi hazırlığını lazımınca qiymətləndirə bilməmişik.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin adı açıqlanmayan yüksək rütbəli məmuru “Kanal 13”ə açıqlamasında deyib.
“Hizbullahla bağlı yanıldıq. Biz onların belə uzaq məsafədən atəş açağını düşünməmişdik”, - deyə o bildirib.
Qeyd edək ki, İsrail ordusu Livandan gələn hücumlara (martın 2-də) cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb. (axar.az)
Bizim.Media