Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

ABŞ-da bəzi investorların İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı mərclər etdiyi iddia olunur. Məlumata görə, mərclərin ümumi həcmi 54 milyon dollar təşkil edib, lakin sonradan bu əməliyyatlar dayandırılıb.

Bizim.Media xəbər verir ki, mərclər “Kalshi” adlı proqnozlaşdırma bazarı platformasında yerləşdirilib.

Bildirilir ki, investorlar Xameneinin 1 aprel tarixinə qədər liderlikdən gedəcəyi ehtimalına pul qoyublar.

İddialara əsasən, adının açıqlanmasını istəməyən bir investor Xameneinin 1 aprelə qədər liderlikdən getməsi ilə bağlı 3460 dollar dəyərində iki mərc edib və nəticədə 63 min dollardan çox qazanc əldə edib.
 

Məlumata görə, daha sonra platformada Xamenei ilə bağlı bütün əməliyyatlar dayandırılıb. Buna səbəb kimi mərclərin “birbaşa bir insanın ölümü ilə əlaqəli olması” göstərilib və ümumilikdə 54 milyon dollarlıq mərc dondurulub.


Məsələ ABŞ-da da müzakirələrə səbəb olub. Senator Kris Merfi bu cür mərcləri sərt tənqid edib:

“Bu, Amerika kommersiya əxlaqsızlığının zirvəsidir. İnsanlar başqalarının ölümünə mərc edilməsini normal qəbul etməməlidirlər”.

“The Washington Post” qəzeti isə yazıb ki, bu hadisə real həyat hadisələri üzərindən qurulan qumar bazarlarının sürətlə genişlənməsini və bunun yaratdığı etik problemləri bir daha gündəmə gətirib.

Qeyd olunur ki, oxşar hallar əvvəllər də baş verib. “Bubblemaps” analitika şirkəti ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın məsləhət şurasında yer aldığı “Polymarket” proqnoz bazarında bəzi şəxslərin ABŞ-nin 28 fevralda İrana zərbə endirəcəyi ilə bağlı mərclərdən 1,2 milyon dollar qazandığını açıqlamışdı.
 

Həmçinin Pentaqonun kibersiyasət bölməsində çalışan bir məmurun Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mərcdən 400 min dollar qazandığı da bildirilmişdi.


Qeyd edək ki, “Kalshi”nin açıqlamasına görə, Xameneinin ölümünə pul qoyan müştərilər 54 milyon dollarlıq mərcdən heç birini qazana bilməyəcəklər. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlqar Məmmədovun tənqidlərinə Fazil Mustafadan SƏRT REAKSİYA

İlqar Məmmədovun tənqidlərinə Fazil Mustafadan SƏRT REAKSİYA

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir - FOTO

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir - FOTO

İrəvan İrandakı vəziyyətdən narahat olub – NƏDƏN QORXURLAR?

İrəvan İrandakı vəziyyətdən narahat olub – NƏDƏN QORXURLAR?

Goranboyda ağır qəza:4 nəfər xəstəxanalıq oldu - FOTO

Goranboyda ağır qəza:4 nəfər xəstəxanalıq oldu - FOTO

Əraqçi: “Bu, vəhşilikdir, sözlərimə diqqət edin!”

Əraqçi: “Bu, vəhşilikdir, sözlərimə diqqət edin!”

İran hədələyir: “Süleymani” freqatına görə cavab verəcəksiniz!

İran hədələyir: “Süleymani” freqatına görə cavab verəcəksiniz!

İrana müasir silahlar göndərməliyik - Kolesnik

İrana müasir silahlar göndərməliyik - Kolesnik

“Gördülər ki, sükan arxasında mənəm, düşdülər” – Qadın avtobus sürücülərinin YOL ƏHVALATLARI – VİDEO

“Gördülər ki, sükan arxasında mənəm, düşdülər” – Qadın avtobus sürücülərinin YOL ƏHVALATLARI – VİDEO

ABŞ-ın zərbəsindən sonra İran freqatı batıb: 80 ölü var – TƏFƏRRÜAT

ABŞ-ın zərbəsindən sonra İran freqatı batıb: 80 ölü var – TƏFƏRRÜAT

Ağ Ev: Trampın İrana zərbələri “blef deyil”, məqsədli əməliyyatdır

Ağ Ev: Trampın İrana zərbələri “blef deyil”, məqsədli əməliyyatdır

Avtoxuliqanlıq edib “TikTok”da paylaşdı, həbs edildi – ANBAAN VİDEO

Avtoxuliqanlıq edib “TikTok”da paylaşdı, həbs edildi – ANBAAN VİDEO

Bu günədək İrandan Azərbaycana 1317 nəfər təxliyə olunub – FOTO

Bu günədək İrandan Azərbaycana 1317 nəfər təxliyə olunub – FOTO

Red Plazada İZDİHAM – İnsanlar həyətə TƏXLİYƏ edildi – FOTO

Red Plazada İZDİHAM – İnsanlar həyətə TƏXLİYƏ edildi – FOTO

Dubayda PANİKA: Turistlər qaçır, şəxsi təyyarələrlə uçuş 100 min funt sterlinqə qalxıb

Dubayda PANİKA: Turistlər qaçır, şəxsi təyyarələrlə uçuş 100 min funt sterlinqə qalxıb

İrana endirilən zərbələr nəticəsində yaralananların SAYI AÇIQLANDI – VİDEO

İrana endirilən zərbələr nəticəsində yaralananların SAYI AÇIQLANDI – VİDEO

Qızıl BAHALAŞDI

Qızıl BAHALAŞDI

Əhalinin DİQQƏTİNƏ! Saat 11:00-dan 15:00-dək işıq olmayacaq

Əhalinin DİQQƏTİNƏ! Saat 11:00-dan 15:00-dək işıq olmayacaq

İsrail prezidenti Trampı təriflədi: “Cəsarətli addım atıb”

İsrail prezidenti Trampı təriflədi: “Cəsarətli addım atıb”

Maskın bu addımı Rusiyanı ÇƏTİN DURUMA saldı – Ukrayna sürətlə İRƏLİLƏYİR

Maskın bu addımı Rusiyanı ÇƏTİN DURUMA saldı – Ukrayna sürətlə İRƏLİLƏYİR

Bu qırmızı dayanmaq üçün deyil, cəmi dördgünlük fürsəti tutmaq üçündür: "Baku Electronics"də "Diqqət Qırmızıdadır"!

Bu qırmızı dayanmaq üçün deyil, cəmi dördgünlük fürsəti tutmaq üçündür: "Baku Electronics"də "Diqqət Qırmızıdadır"!

Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirdi - Yaralananlar var – VİDEO

Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirdi - Yaralananlar var – VİDEO

İrandan TƏKZİB: “Türkiyəyə raket atmamışıq”

İrandan TƏKZİB: “Türkiyəyə raket atmamışıq”

İranda müharibə sentyabra qədər davam edəcək?

İranda müharibə sentyabra qədər davam edəcək?

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO