Soçidə zəlzələ qeydə alınıb, yeraltı təkanlar kurort şəhərinin müxtəlif rayonlarında hiss olunub.
Bizim.Media xəbər verir ki, seysmoloqların məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub.
Episentr Soçidən 27 km, Krasnodardan isə 185 km məsafədə yerləşib. Yeraltı təkanlar bir neçə saniyə davam edib, binalarda şüşələr titrəyib, çilçıraqlar yellənib.
RBK-ya danışan sakinlərin sözlərinə görə, Adlerdə qapalı məkanda əvvəlcə güclü təkan hiss olunub, daha sonra isə zəif silkələnmələr davam edib. Küçələrdə təşviş müşahidə olunmayıb, insanlar vəziyyətə sakit reaksiya veriblər.
Bizim.Media