ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi boşaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın “MehrNews” agentliyi yayıb.
Məlumata görə, raket və pilotsuz uçuş aparatı hücumları təhlükəsinə görə bu diplomatik nümayəndəliyin bütün heyəti təxliyə edilib.
Bu addımın səfirlik binasının raket hücumuna məruz qalmasından sonra atıldığı bildirilir.
Xatırladaq ki, son günlərdə ABŞ-ın Küveytdəki səfirliyi bağlanıb, İordaniyadakı səfirliyi isə təxliyə edilib.
Bizim.Media