İsrail ötən gecə İranda quru əməliyyatı həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı mənbələrə istinadən məlumat verib.
Məlumata görə, İsrail quru əməliyyatı üçün "Mossad" kəşfiyyatından və xüsusi təyinatlı qüvvələrdən istifadə edib.
Hələlik məsələ ilə bağlı İsrail tərəfi heç bir açıqlama verməyib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib.
Bizim.Media