Dubay hava limanları uçuşların qismən bərpa olunduğunu elan edib.
Bizim.Media xəbər verir ki, "Dubai Airports" aviaşirkəti axşam saatlarından etibarən reyslərin qismən bərpa olunduğuna və xarici ölkə vətəndaşlarının təxliyəsinə başladığını elan edib.
Belə ki, "Dubai International Airport" (DXB) və "Al Maktoum International Airport" (DWC) hava limanlarından həyata keçirilən az sayda reyslərdən gedir. Sərnişinlərə aviaşirkət tərəfindən uçuş vaxtı təsdiqlənmədən hava limanlarına getməmələri tövsiyə olunub.
Dubayda yerləşən "Emirates" aviaşirkəti bildirib ki, yerləşdirilmə prosesində əvvəlcədən rezervasiya etmiş sərnişinlərə üstünlük verilir.
Almaniya isə Yaxın Şərq ölkələrindəki vətəndaşlarının təxliyəsi üçün təyyarələr göndərdiyini elan edib. Təxliyə reysləri Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Maskatdan (Oman) həyata keçiriləcək.
Bizim.Media