“Amerika hərbçiləri İranın ali lideri Əli Xameneinin ofisinə zərbə endirməyiblər”.
Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, ABŞ İslam Respublikasında hakimiyyət dəyişikliyinə nail olmağı hədəfləməyib.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail birgə şəkildə İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika lideri xalqa müraciətində Vaşinqton və Təl-Əvivin İrana endirdiyi zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə izah edib.
İslam Respublikasının bir sıra şəhərləri, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali lider Əli Xameneinin iqamətgahına dəyib və o, həyatını itirib.
Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdəki Amerika aviabazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bizim.Media