Umar Cəbrayılov Moskvada ölü TAPILDI - FOTO

Rusiyalı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Umar Cəbrayılov Moskvada otellərin birində ölü tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, yanında “Luger” tapançası aşkarlanan Cəbrayılov başından güllə yarası almış halda tapılıb.

“Baza” teleqram kanalı onun “Vesper Tverskaya” yaşayış kompleksində yerləşən mənzilində intihar etdiyini yazıb.
 

O, Moskva vaxtı ilə təxminən saat 3:00-da xəstəxanaya aparılsa da, xilas edilə bilməyib. O, naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Daha sonra onun şəxsiyyəti müəyyən edilib.


Rusiya İstintaq Komitəsi ilkin araşdırmaya başlayıb. "Kommersant" qəzeti qeyd edib ki, cinayət işinin başlayıb-başlatmaması ilə bağlı prosedur qərarı veriləcək. Hadisə intihara təhrik kimi təsnif edilə bilər.

Qeyd edək ki, 2020-ci ildə də Umar Cəbrayılov intihara cəhd etmişdi. Həmin an o, xilas edilmişdi. 

Əslən Çeçenistandan olan Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə “Plaza” Şirkətlər Qrupunda top menecer vəzifəsinə yüksəlib. 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistanı təmsil edən senator olub, həmçinin Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib. 

2009-cu ildən 2013-cü ilə qədər Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisinin müşaviri vəzifəsində çalışıb. 
 

2017-ci ildə narkotik təsiri altında olan Cəbrayılov Moskvadakı “Four Seasons” otelində tapançadan tavana atəş açdığı üçün “Vahid Rusiya” partiyasından xaric edilib. Hadisə zamanı heç kim xəsarət almayıb, biznesmen isə xuliqanlığa görə 500 min rubl cərimə olunub.


2000-ci ildə Cəbrayılov prezident seçkilərində Vladimir Putinə rəqib olub. O, “Ağıl Gücü” təşəbbüs qrupunun namizədi kimi iştirak edib. Daha sonra Moskva Şəhər Prokurorluğu Cəbrayılovu dəstəkləyən imza vərəqələrinin saxtalaşdırılması ilə bağlı cinayət işi açıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi

İpotekanı gözləyənlərin diqqətinə! - Tarix bilindi

İran İsraildə hava limanını vurdu – Sərnişinlər TƏŞVİŞDƏ – VİDEO

İran İsraildə hava limanını vurdu – Sərnişinlər TƏŞVİŞDƏ – VİDEO

AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

AFFA-dan “Neftçi”nin etirazlarına REAKSİYA

Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər

Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər

Bu şəxslərə ŞAD XƏBƏR - Ayın 5-i və 8-i...

Bu şəxslərə ŞAD XƏBƏR - Ayın 5-i və 8-i...

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Yaxın Şərqdə MÜHARİBƏ – Neftin qiyməti hansı həddə qədər BAHALAŞACAQ?

Yaxın Şərqdə MÜHARİBƏ – Neftin qiyməti hansı həddə qədər BAHALAŞACAQ?

İlqar Hacıyevə HÖKM OXUNDU

İlqar Hacıyevə HÖKM OXUNDU

Hal-hazırda Tehran – VİDEO

Hal-hazırda Tehran – VİDEO

İranın müdafiə naziri vəzifəsini bu şəxs İCRA EDƏCƏK

İranın müdafiə naziri vəzifəsini bu şəxs İCRA EDƏCƏK

Səudiyyə rəsmisi: “Amerika bizi tərk etdi, İran raketlərinin mərhəmətinə buraxdı” – VİDEO

Səudiyyə rəsmisi: “Amerika bizi tərk etdi, İran raketlərinin mərhəmətinə buraxdı” – VİDEO

Gömrük Komitəsindən XƏBƏRDARLIQ – "Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır”

Gömrük Komitəsindən XƏBƏRDARLIQ – "Bu məhsulların ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır”

Fevralda ən çox qar bu əraziyə YAĞIB

Fevralda ən çox qar bu əraziyə YAĞIB

Küveyt üç ABŞ qırıcısını səhvən vurdu – RƏSMİ/VİDEO

Küveyt üç ABŞ qırıcısını səhvən vurdu – RƏSMİ/VİDEO

SON DƏQİQƏ! Kiprdə hava hücumu xəbərdarlığı – VİDEO

SON DƏQİQƏ! Kiprdə hava hücumu xəbərdarlığı – VİDEO

Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Dönməni düzgün etməsəniz, bu yolda sizi cərimə gözləyir – VİDEO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Azərbaycanla Türkiyə Yaxın Şərqdə gərginlik fonunda sıx koordinasiyanı davam etdirəcək

Azərbaycanla Türkiyə Yaxın Şərqdə gərginlik fonunda sıx koordinasiyanı davam etdirəcək

Xameneinin iqamətgahının vurulma anı – YENİ VİDEO

Xameneinin iqamətgahının vurulma anı – YENİ VİDEO

ABŞ-ın Bəhreyndəki bazası İranın zərbələrindən əvvəl və sonra – VİDEO

ABŞ-ın Bəhreyndəki bazası İranın zərbələrindən əvvəl və sonra – VİDEO

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

SON DƏQİQƏ! Oman sahillərində neft tankeri vuruldu – VİDEO

SON DƏQİQƏ! Oman sahillərində neft tankeri vuruldu – VİDEO

Rusiya vətəndaşlarının növbəti qrupu İrandan təxliyə edildi – FOTO

Rusiya vətəndaşlarının növbəti qrupu İrandan təxliyə edildi – FOTO

End of content

No more pages to load

RADİO