İsrailin “Yedioth Ahronoth” nəşri ABŞ prezidenti Donald Trampın İranla dolayı kanallar vasitəsilə təmas qurduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, Vaşinqton İtaliya üzərindən Tehrana mesaj göndərərək mümkün atəşkəs variantını müzakirəyə çıxarıb.
Nəşr yazır ki, təşəbbüs regionda hərbi gərginliyin artdığı bir vaxtda irəli sürülüb və əsas məqsəd qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaq olub.
Bizim.Media