Yaxın Şərqdə bəzi ölkələrin hava məkanlarının bağlanması səbəbindən “Türk Hava Yolları” bir neçə reysi təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkətin media müşaviri Yahya Üstün məlumat verib.
Mövcud vəziyyətlə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya olan səfərlər martın 2-si, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman reysləri isə bu günlük ləğv edilib.
Bizim.Media