Ukraynada itkin düşmüş şəxslər üzrə müvəkkil Artur Dobroserdov bildirib ki, müvafiq reyestrdə 90 mindən çox insan qeydiyyata alınıb. Onların arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər, o cümlədən uşaqlar var.
Bizim.Media xəbər verir ki. bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Dobroserdovun sözlərinə görə, qeydə alınanların böyük əksəriyyəti Ukrayna Müdafiə Qüvvələrinin döyüşçüləridir. O əlavə edib ki, bu göstəricilər yalnız rəsmi statistikadır və real say daha yüksək ola bilər.
Bizim.Media