ABŞ-ın İrana mümkün hücumu fonunda bu ölkədə fəaliyyət göstərən beş kürd təşkilatı alyans yaratdıqlarını və Tehrana qarşı silahlı mübarizəyə başlayacaqlarını, həmçinin Vaşinqtonun addımlarını dəstəkləyəcəklərini bəyan ediblər.
Bizim.Media xəbər verir ki, fevralın 22-də onlar “İran Kürdüstanının Siyasi Qüvvələri Alyansı” adlı birliyin yaradıldığını elan ediblər.
Alyansa daxil olan qruplar bunlardır: İran Kürdüstan Demokrat Partiyası, PJAK (PKK-nın İran qolu), Kürdüstan Azadlıq Partiyası (PAK), “Komala” Kürd Fəhlə Təşkilatı, İran Kürdüstanının Xebat Təşkilatı.
Bizim.Media