Macarıstan neft blokadasında Ukraynaya kömək etməyəcək və ona son qoyacaq, Brüssel və Kiyev buna əmin ola bilər.
Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu barədə özünün sosial media hesabında yazıb.
Macarıstanı Rusiya neftinə çıxış imkanlarından məhrum etmək cəhdlərini “neft blokadası” adlandıran hökumət başçısının sözlərinə görə, Budapeşt “Drujba” boru kəməri ilə neft tranziti bərpa edilməyənədək Kiyevə yardım göstərməyə imkan verməyəcək.
Qeyd edək ki, yanvarın 27-də “Drujba” boru kəməri ilə Rusiyadan Şərqi Avropaya neft tədarükü tam dayanıb. Fevralın 15-də Macarıstan və Slovakiya Rusiya xam neftinin Adriatik dənizi boru kəməri vasitəsilə tranzitinə icazə verməsi üçün Xorvatiyaya müraciət edib.
Bizim.Media