BBC-nin Rus xidməti və “Mediazona” nəşri könüllülərlə birlikdə Ukraynada həlak olmuş 200 186 rusiyalı hərbçinin adını müəyyən edib.
Bizim.Media xəbər verir ki, son bir ay ərzində dövlət mənbələri ilə tutuşdurma nəticəsində siyahıya daha 35 min ad əlavə olunub.
Həlak olanların ən çoxu kiçik şəhər və kəndlərdəndir, xüsusilə Başqırdıstan, Tatarıstan və Sverdlovsk vilayətindən.
Ekspertlər bildirirlər ki, müharibəyə daha çox orta ömür uzunluğu aşağı olan və sosial-iqtisadi imkanları məhdud regionların sakinləri cəlb olunur.
Bizim.Media