Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüzə görə Rusiyaya tətbiq edilən sanksiyaları daha bir il uzadıb.
Bizim.Media xəbər verir ki, sanksiyaların müddəti 24 fevral 2027-ci ilədək uzadılıb.
Söhbət Rusiyanın Ukrayna ərazilərini qanunsuz işğal etməsi ilə əlaqədar tətbiq olunan sanksiyalardan gedir.
Aİ-də bildirilib ki, Moskvanın hərəkətləri beynəlxalq hüququn normalarını, o cümlədən BMT Nizamnaməsində təsbit edilmiş güc tətbiqinə qadağanı pozmağa davam etdiyi müddətdə, ona qarşı bütün tədbirlərin qüvvədə saxlanılması məqsədəuyğundur.
Bizim.Media