“Britaniya və Fransa Ukraynaya 5 minədək hərbçi göndərməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna prezidenti bildirib ki, yerləşdirmə formatı müzakirə olunur, lakin bu bölmələrin konkret olaraq harada yerləşəcəyi hələ müəyyənləşməyib.
O əlavə edib ki, digər ölkələrdən də kontingent ayırmağa hazır olduqları barədə siqnallar var, lakin tərəfdaşlar cəbhənin birinci xəttində dayanmağa hazır deyillər.
Zelenski həmçinin müttəfiqlərin Ukrayna–Belarus sərhədində mövcudluğu variantını təklif etdiyini, lakin hələlik cavab almadığını deyib.
Bizim.Media