Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putin artıq Üçüncü dünya müharibəsinə başlayıb və onu geri çəkilməyə məcbur etmək üçün yeganə cavab güclü hərbi və iqtisadi təzyiqdir.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri BBC-yə müsahibəsində səsləndirib.
“Düşünürəm ki, Putin artıq müharibəyə başlayıb. Sual ondadır ki, o, nə qədər ərazi ələ keçirə biləcək və onu necə dayandırmaq olar. Məsələ Rusiyanın qələbə qazanması deyil, məsələ ondadır ki, Rusiya dünyaya başqa həyat tərzi sırımaq və insanların seçdiyi həyatı dəyişmək istəyir”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, hazırda Ukrayna bu müharibənin genişmiqyaslı qlobal qarşıdurmaya çevrilməsinin qarşısını alır.
“Putini bu gün dayandırmaq və Ukraynanın işğalına yol verməmək – bu, bütün dünya üçün qələbədir. Çünki Putin Ukraynada dayanmayacaq”, – deyə prezident əlavə edib.
Bizim.Media