Əli Xamenei ölkənin taleyini Əli Laricaniyə həvalə etdi - Pezeşkianın mövqeyi zəifləyib? - FOTO

İranın ali rəhbəri Əli Xamenei ABŞ-ın mümkün hərbi zərbə təhdidləri və ölkə daxilində davam edən etirazlar fonunda əsas idarəetmə rıçaqlarını etibarlı silahdaşı Əli Laricaniyə ötürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times yüksək vəzifəli İran rəsmilərinə və təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 67 yaşlı Laricani faktiki olaraq strateji qərarların koordinasiyasını həyata keçirir — etirazların yatırılmasından tutmuş ABŞ-la mümkün müharibəyə hazırlığadək.

Onun səlahiyyətlərinin artması prezident Məsud Pezeşkianın mövqelərinin zəifləməsinə səbəb olub.

Bildirilir ki, dövlət başçısı bir çox məsələlərdə qərarlarını Laricani ilə razılaşdırmağa məcburdur.
 

Mənbələrin sözlərinə görə, Xamenei dar çevrədəki etibarlı şəxslərə ABŞ və ya İsrailin mümkün zərbələri, eləcə də ali rəhbərliyin, o cümlədən özünün qətlə yetirilməsi halında belə İslam Respublikasının davamlılığını təmin etməyi tapşırıb.


Qeyd olunur ki, Xamenei əsas vəzifələr üzrə bir neçə namizəd nəzərdə tutan çoxpilləli varislik sistemi müəyyənləşdirib. İsraillə 12 günlük müharibə dövründə o, üç potensial varisin adını açıqlamasa da, onları müəyyən etdiyini bildirib. Laricani isə ali rəhbər postu üçün tələb olunan yüksək dini statusa malik olmadığından bu siyahıya daxil edilmir.

Xameneinin yaxın çevrəsinə həmçinin keçmiş SEPAH komandanı Yahya Rahim Safavi, parlamentin spikeri Mohammad Bağer Qalibaf və ali rəhbərin aparat rəhbəri Əli Əsgər Hecazi daxildir.

Mənbələr bildirir ki, Tehran davam edən nüvə danışıqlarına baxmayaraq, ABŞ-ın hərbi zərbələrini “qaçılmaz və yaxın” hesab edir.

Silahlı qüvvələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Raket qurğuları İraqın qərb sərhədi boyunca — İsrailə çatacaq məsafədə, eləcə də ABŞ bazalarının yerləşdiyi Fars körfəzi sahillərində yerləşdirilir. Son həftələrdə Tehran raket sınaqları üçün hava məkanını mütəmadi bağlayıb və Hörmüz boğazı ətrafında hərbi təlimlər keçirib.
 

Müharibə ssenarisi halında iri şəhərlərin küçələrinə xüsusi polis bölmələrinin, kəşfiyyat əməkdaşlarının və “Bəsic” qüvvələrinin çıxarılması planlaşdırılır. Onların əsas vəzifəsi kütləvi iğtişaşların qarşısını almaq və mümkün xarici agentləri müəyyənləşdirmək olacaq.


Eyni zamanda rəhbərlik ali rəhbərin ölümü halında siyasi ssenariləri də müzakirə edir. Potensial idarəçi fiqurlar arasında Laricani və Qalibafla yanaşı, keçmiş prezident Hədən Ruhaninin də adı çəkilir.

Ekspertlərin fikrincə, Xamenei həm müharibə, həm də mümkün hakimiyyət dəyişikliyi ehtimalına qarşı sistemi yenidən qurur. Bununla belə, siyasi sabitliyi qoruyan əsas fiqur olaraq ali rəhbərin mövqeyi hələ də həlledici olaraq qalır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Tofiq Əliyev: “Sevinirəm ki, doğma divarlar arasında medalsız qalmadım”

Tofiq Əliyev: “Sevinirəm ki, doğma divarlar arasında medalsız qalmadım”

Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edildi - FOTO

Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edildi - FOTO

Bakıda evlər söküldü, divarlarında satanist rəsmlər üzə çıxdı - FOTO

Bakıda evlər söküldü, divarlarında satanist rəsmlər üzə çıxdı - FOTO

Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Regional Konfransının açılış mərasimi keçirildi - FOTO

Qusarda Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Regional Konfransının açılış mərasimi keçirildi - FOTO

Windows 11-də yeni funksiya: İnternet sürətiniz ARTACAQ

Windows 11-də yeni funksiya: İnternet sürətiniz ARTACAQ

"Sevdiyim şəxs var, heç "instagram"ı da YOXDUR"

"Sevdiyim şəxs var, heç "instagram"ı da YOXDUR"

Navalnını öldürən zəhəri onlar hazırlayıb – Adlar və FOTOlar

Navalnını öldürən zəhəri onlar hazırlayıb – Adlar və FOTOlar

Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb

Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb

Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ

Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ

Selcan Mahsudova: “Niderlanddakı Dünya Kubokunda daha yaxşı çıxış edəcəm”

Selcan Mahsudova: “Niderlanddakı Dünya Kubokunda daha yaxşı çıxış edəcəm”

Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru vəfat etdi

”Qarabağ”ın ”Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

”Qarabağ”ın ”Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

Senator Trampa səsləndi: İrana zərbə endirməmək çağırışlarına uymayın - FOTO

Senator Trampa səsləndi: İrana zərbə endirməmək çağırışlarına uymayın - FOTO

Lvovda terror törədən qadının FOTOSU yayıldı

Lvovda terror törədən qadının FOTOSU yayıldı

“Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

“Reuters”dən sensasion AÇIQLAMA: “ABŞ İranla razılığa gələcək”

Şəki sakini iş yerində VƏFAT ETDİ

Şəki sakini iş yerində VƏFAT ETDİ

Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO

Günəşin səthindəki bütün ləkələr yoxa çıxıb? - FOTO

Əli Xamenei ölkənin taleyini Əli Laricaniyə həvalə etdi - Pezeşkianın mövqeyi zəifləyib? - FOTO

Əli Xamenei ölkənin taleyini Əli Laricaniyə həvalə etdi - Pezeşkianın mövqeyi zəifləyib? - FOTO

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu “göndərib” - VİDEO

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300-dən çox zərbə dronu “göndərib” - VİDEO

Çinli turistlərin Baykalda batdığı yerdən yeni VİDEO

Çinli turistlərin Baykalda batdığı yerdən yeni VİDEO

ABŞ-ın 10 hərbi-nəqliyyat təyyarəsi Avropaya doğru uçub - VİDEO

ABŞ-ın 10 hərbi-nəqliyyat təyyarəsi Avropaya doğru uçub - VİDEO

Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

End of content

No more pages to load

RADİO