Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın girov müqabilində azadlığa buraxılacağına dair iddiaların yayılmasından sonra xüsusi göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Belə bir şey ola bilməz. Bu məsələdə son dərəcə diqqətli olmalıyıq. Vətəndaşlarımıza bunu çox aydın şəkildə izah etməliyik”, deyə o, qeyd edib.
“Terrordan azad Türkiyə” hədəfi ilə bağlı parlamentdə hazırlanmış hesabatdan sonra silahı yerə qoyan terror təşkilatı üzvlərinin hüquqi vəziyyəti yenidən gündəmə gəlib.
Məlumata əsasən, AK Parti mənbələri bildiriblər ki, PKK-nın buraxılması və silahların təhvil verilməsindən sonra atılacaq hüquqi addımlar olduqca həssas xarakter daşıyır. Onların sözlərinə görə, bu məsələdə çərçivəni Milli Kəşfiyyat Təşkilatının (MİT) müəyyən edəcəyi meyarlar formalaşdıracaq. (Musavat.com)
Bizim.Media