İran Avropa İttifaqına (Aİ) üzv bütün ölkələrin hərbi-dəniz (HDQ) və hərbi-hava (HHQ) qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qərarın Aİ-nin SEPAH-ı (İran İslam İnqilabı Keşikçiləri Korpusu) terror strukturları siyahısına daxil etməsinə cavab olaraq “qarşılıqlılıq prinsipi əsasında” qəbul edildiyi bildirilib.
“Biz Aİ-nin qərarını beynəlxalq hüququn və normaların pozulması hesab edirik”, — deyə qurumdan qeyd olunub.
Bizim.Media