Rusiyanın Baykal gölündə çinli turistləri daşıyan “UAZ” markalı mikroavtobus batıb.
Bizim.Media xəbər verir ki, nəticədə 8 nəfər ölüb.
“UAZ” Çindən "Tri Brata" burnuna ekskursiyaya gedən turistləri daşıyırdı. Sürücü gölün üzərində olarkən çatı görməyib və avtomobil buzun içinə düşüb.
“Baza” teleqram kanalının məlumatına görə, avtomobildə olan 9 nəfərdən yalnız bir turist xilas ola bilib. Yerli sürücü və yeddi Çin vətəndaşının öldüyü ehtimal edilir.
Hadisə yerində İrkutsk polisi işləyir.
Bizim.Media