ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata hazırlaşır. Hədəflər arasında ballistik raket mərkəzləri, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı ola bilər.
Bizim.Media xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ və İsrail İranı nüvə sazişi ilə bağlı danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçün bir neçə günlük “sərt zərbələr” planlaşdırır.
Ekspertlərin fikrincə, ABŞ ordusunun Yaxın Şərqdəki bazaları qısa və ortamənzilli raket mövqelərinə, sursat anbarlarına, nüvə obyektlərinə, İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına və digər hərbi hədəflərə zərbələr endirməyə imkan verir.
“CBS” telekanalı bir müddət öncə ABŞ-nin fevralın 21-də İrana zərbə endirə biləcəyi barədə məlumat yayıb.
Qeyd edək ki, ötən ayın sonlarında Donald Tramp “nəhəng armadanın” İrana yaxınlaşdığını və Tehranın ona qarşı irəli sürülən bütün tələbləri yerinə yetirməli olduğunu bildirmişdi.
Bizim.Media