Nənəsinin qarajından 653 min dollar tapdı

Ukraynanın Dövlət Ekoloji Müfəttişliyinin müvəqqəti rəhbəri Aleksandr Subbotenko gəlir bəyannaməsində mərhum nənəsinin qarajında 653 min dollardan çox nağd pul tapdığını göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Belə ki, 2024-cü il üçün bəyannaməni doldurarkən Subbotenko Dövlət Ekoloji Müfəttişliyinin ərazi və regionlararası orqanlarının koordinasiya və nəzarət sektorunun müdiri vəzifəsində çalışıb. Onun bəyan etdiyi 623 min dollar nağd vəsait Milli Korrupsiyanın Qarşısının Alınması Agentliyinin (NAZK) diqqətini çəkib.

Məmur bildirib ki, vəsaitin əsas hissəsini (653 min dollar) 2021-ci ildə vəfat etmiş nənəsindən miras qalan Xarkov şəhərində yerləşən “Proqress” qaraj kooperativində tapıb. Onun sözlərinə görə, nənəsi bu vəsaiti qanuni yolla əldə edib.

Pulun mənşəyi ilə bağlı Subbotenko qeyd edib ki, nənəsi və babası birlikdə, o cümlədən xaricdə fəaliyyət göstərərək bu vəsaiti qazanmaq imkanına malik olublar. O, ailələrində ənənə olaraq vəsaitin dollarla saxlanıldığını və bir hissəsinin gündəlik xərclər üçün ayrıldığını da vurğulayıb.

Lakin NAZK hesab edir ki, nənə və babanın belə böyük məbləği toplamaq üçün kifayət qədər maliyyə imkanları olmayıb. Məlumata görə, nənə 1984-cü ilə qədər müxtəlif inzibati vəzifələrdə çalışıb və sonradan işdən çıxıb. Babasının əmək fəaliyyəti barədə isə agentliyə məlumat təqdim edilməyib.

Həmçinin qeyd olunur ki, 1991-ci ilə qədər SSRİ-də vətəndaşlar arasında xarici valyuta dövriyyəsi qadağan idi. 1992-ci ildə tərtib edilmiş vəsiyyətnamədə isə hər hansı iri məbləğdə vəsait barədə qeyd yoxdur. Subbotenko bildirib ki, pulun bir hissəsi mənzil satışından əldə olunub, lakin bu məbləğ cəmi 11 min dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada metroda partlayış oldu - VİDEO

Moskvada metroda partlayış oldu - VİDEO

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Su tarifləri nə qədər artırılacaq? – MÜHÜM AÇIQLAMA

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Dəmir yolu ətrafında yerləşən tikililərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Bakıda 72 yaşlı kişi avtobusda dünyasını dəyişdi

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Xocalının Xanabad kəndinə İLK KÖÇ karvanı yola salındı

Sabahın havası: 19 dərəcə isti olacaq

Sabahın havası: 19 dərəcə isti olacaq

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Lamin Yamalın "Oruc tutacağam" fikrinə “Barselona”dan REAKSİYA

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır – FOTO

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

Nağıldan SƏHNƏYƏ - Kukla Teatrının sehrli aləmində BİR GÜN - VİDEOREPORTAJ

İradə İbrahimova ailəsi ilə - FOTO

İradə İbrahimova ailəsi ilə - FOTO

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Avropa Liqası: “Fənərbağça” İngiltərə klubu ilə qarşılaşacaq

Cəlal Orucova yüksək vəzifə verildi

Cəlal Orucova yüksək vəzifə verildi

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Əhaliyə XƏBƏRDARLIQ – Güclü külək əsəcək

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Bakıda bu şəxslər üçün nəqliyyat xidmətləri pulsuz OLACAQ

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Çingiz Qənizadə: “Qənimət Zahid Fransadan xaric edilə bilər" – VİDEO

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Zərdabda 4 minə yaxın abonent qazsız qalacaq

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Bakıda “avtoşluq” edən motosiklet sürücüsü həbs edildi – VİDEO

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Leyla Əliyeva Tiranada uşaq evini ziyarət etdi – FOTO

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

Marketə alış-verişə getdi – Maşınını qaçırdılar

End of content

No more pages to load

RADİO