ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası Palm-Biçdəki hava limanına Prezident Donald Trampın adının verilməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
"Bu, prezidentin doğma şəhəridir. O, hava limanından cəmi 8 kilometr aralıda yaşayıb" - deyə qanun layihəsinin həmmüəllifi, Respublikaçılar Partiyasından Nümayəndələr Palatasının üzvü Meq Vaynberger bildirib.
Məlumata görə, 81 nəfər qanun layihəsinin lehinə, 30 nəfər isə əleyhinə səs verib.
Bizim.Media