Cenevrədə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üzrə danışıqlar ikitərəfli və üçtərəfli formatda aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya danışıqlar qrupundakı mənbə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Cenevrədə Ukrayna üzrə danışıqlar başladı
Məlumata görə, danışıqlardan sonra Rusiya və ABŞ nümayəndələri arasında da görüş baş tutub:
"Cenevrədəki bugünkü görüşlər həm ikitərəfli, həm də üçtərəfli xarakter daşıyıb: dialoq Rusiya-Amerika, Rusiya-Ukrayna və Rusiya-Amerika-Ukrayna danışıqları formatında baş tutub. Danışıqlar çox gərgin keçdi. Altı saat davam etdi. Hazırkı məqamda başa çatdı".
Nümayəndə heyətləri danışıqları fevralın 18-də davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media