Polşa Rusiyaya qarşı İkinci Dünya Müharibəsi üçün təzminat tələb edən məhkəmə iddiası hazırlayır.
Bizim.Media xəbər verir ki, Yan Karski adına Müharibə İtkilərinin Qiymətləndirilməsi İnstitutunun direktoru Bartoş Qondek Financial Times qəzetinə verdiyi açıqlamada deyib.
Polşa Baş naziri Donald Tusk instituta bu məqsədlər üçün Rusiya ilə bağlı araşdırma aparmağı tapşırıb. Qondekin sözlərinə görə, hazırda Moskvadan tələb olunan təzminat məbləğini müzakirə etmək "tezdir"; İkinci Dünya Müharibəsi və sonrakı onilliklər hadisələrinin qiymətləndirilməsi "uzunmüddətli layihədir".
Polşa məhkəmə iddiası ilə bağlı şərh verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RBC-yə deyib: "Təzminat olaraq, "İvan Susanin" operasının videosuna keçid verə bilərik", - deyə cavab verib.
Bizim.Media