Rusiyanın Xakasiya bölgəsində 27 yaşlı kişi öz dörd aylıq oğlunu öldürməkdə şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı region üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi yayıb.
Məlumata görə, fevralın 13-ü axşam saatlarında sərxoş vəziyyətdə olan ata beşikdə ağlayan körpəyə yaxınlaşıb və onun bir neçə dəfə baş nahiyəsindən vurub.
Uşaq ağlamağı dayandırıb və iki gün sonra — fevralın 15-i səhər saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı “ehtiyatsızlıqdan ölümə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb.
Şübhəli şəxs saxlanılıb, istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.
Bizim.Media