ABŞ prezidenti Donald Tramp fevralın 17-də Cenevrədə başlayan Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqları vacib adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.
"Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır. Sizə deyəcəyim bu qədər. (...) Biz onların gəlməsini istəyirik", - deyə o bildirib.
ABŞ prezidentindən qarşıdan gələn danışıqlardan nə gözlədiyi soruşulduqda, o, "Bu vacib danışıqlardır" deyib.
Bizim.Media