Xorvatiya Macarıstan və Slovakiya üçün Rusiya neftini nəql etməyə razılaşmayıb.
Bizim.Media xəbər verir ki, Budapeşt və Bratislava neftin Adria neft kəməri vasitəsilə daşınmasına icazə verilməsini xahiş edib və hətta Zaqrebə birgə məktub göndəriblər.
Macarıstan bəyan edib ki, enerji təchizatı “ideoloji məsələ olmamalıdır”. Xorvatiya isə cavab olaraq bildirib ki, Rusiya neftindən asılı qalmaq üçün artıq texniki səbəblər yoxdur. Adria neft kəməri hazırdır və Aİ ölkələri alternativ mənbələrdən istifadə edə bilərlər.
“Rusiyadan gələn bir barel daha ucuz görünə bilər, lakin o, Ukraynaya qarşı müharibəni maliyyələşdirir”, – deyə iqtisadiyyat naziri Şuşnyar bildirib.
Zaqrebdə əlavə ediblər ki, onlar Aİ qaydalarına uyğun hərəkət edəcəklər və Rusiya enerji resurslarını dəstəkləyən qərarlara yol verməyəcəklər.
Qeyd edək ki, yanvarın 27-də “Drujba” boru kəmərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində Ukrayna ərazisi ilə tranzit dayandırılıb. Təchizatın kəsilməsi səbəbindən Macarıstanın Neft və Qaz Nazirliyi strateji neft ehtiyatlarının blokdan çıxarılması ilə bağlı sorğu göndərib.
Bizim.Media