ABŞ-ın Ohayo ştatının sakini təsadüfən aldığı lotereya biletlərinə görə baş mükafatın sahibi olub.
Bizim.Media xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Eyvon-Leyk şəhərindən olan taksi sürücüsü gündəlik Rolling Cash 5 lotereyası üçün eyni rəqəm kombinasiyası ilə yeddi bilet almaq istəyib. Lakin səhvən eyni tiraj üçün yeddi bilet alıb: birini sevdiyi rəqəmlərlə, digər altısını isə avtomatik təsadüfi seçimlə.
Fevralın 10-da keçirilən tiraj zamanı “avtomatik” biletlərdən biri oyunçuya 291 min dollar qazandırıb. Bundan əlavə, o, bir sətirdə üç rəqəmi düzgün taparaq əlavə 10 dollar da əldə edib.
“Bəzən səhv olduqca sərfəli nəticə verir”, — deyə qalib bildirib.
O, indi işdən çıxaraq həyat yoldaşı ilə daha çox vaxt keçirməyi planlaşdırır. Qazandığı vəsait ipoteka borcunun ödənilməsinə, həyat yoldaşının tibbi xərclərinə və digər borcların bağlanmasına sərf olunacaq.
Bizim.Media