Netanyahu şərtlərini açıqladı

İranla mümkün razılaşma yalnız sərt və konkret şərtlər əsasında qəbul edilə bilər.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, hər hansı saziş təkcə İsrailin deyil, həm də ABŞ və bütövlükdə beynəlxalq təhlükəsizliyin maraqlarına cavab verməlidir.

Netanyahu ilk şərt kimi İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını göstərib. İkinci tələb isə uranın zənginləşdirilməsi imkanlarının tam aradan qaldırılması, yəni prosesin sadəcə dayandırılması yox, bu məqsədə xidmət edən avadanlıq və infrastrukturun demontaj edilməsidir.

Baş nazir üçüncü komponent kimi İranın ballistik raket proqramının məhdudlaşdırılmasını qeyd edib. O vurğulayıb ki, raket texnologiyasına nəzarət rejiminə əsasən 300 kilometrlik məhdudiyyətə əməl olunmalıdır və Tehran bu çərçivəyə riayət etmir.

Netanyahu həmçinin İranın regionda formalaşdırdığı və “terror oxu” adlandırdığı şəbəkənin tamamilə ləğv edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu struktur zəiflədilsə də, hələ də mövcuddur və yenidən güclənməyə çalışır.

Bununla yanaşı, İsrail hökumət başçısı qeyd edib ki, ABŞ Prezidenti Donald Trump İrana razılaşma üçün daha bir şans vermək niyyətindədir və diplomatik imkanların tam tükənməsini istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi dünya çempionatını buraxa bilər

Messi dünya çempionatını buraxa bilər

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı – İranda nə baş verir?

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu ölkənin muzeyində nümayiş olunur

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İsraildə iki yeni beynəlxalq hava limanı tikiləcək - Netanyahu

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

İranda avtobus gülləbaran olundu – 2 ölü, 2 yaralı var

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Süni intellekt xəstəxanada onlarla xəstəni necə şikəst etdi?

Netanyahu şərtlərini açıqladı

Netanyahu şərtlərini açıqladı

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

Ürək və bağırsaqlar üçün möcüzəvi QİDA

İran ABŞ ilə barışır?

İran ABŞ ilə barışır?

Rusiyanın strateji limanı bombalandı

Rusiyanın strateji limanı bombalandı

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Tramp: "Xameneinin yerini canlı yayımda açıqlaya bilərdim, amma..."

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Bu ölkədə 3 gün ərzində 6 mindən çox insan öldürülüb

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Alen Simonyandan Kremlə sərt mesaj: Verməyəcəyik

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

İranla böyük müharibə başlayır? - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

Serbiya prezidentindən İlham Əliyevə yüksək qiymət - VİDEO

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

End of content

No more pages to load

RADİO