Türkiyədə, Manisanın Yunusemre rayonunda 83 yaşlı Ercan Özer 72 yaşlı həyat yoldaşı Əminə Özeri yatağında yatarkən boğazını kəsərək öldürüb. Hadisədən sonra Ercan Özerin nəvəsinə zəng edərək "Nənəni öldürdüm" deyib. Daha sonra onu polis saxlayıb.
Bizim.Media xəbər verir ki, hadisə Topçuasım məhəlləsindəki beşmərtəbəli yaşayış binasının son mərtəbəsində səhər saatlarında baş verib.
Mənbə qeyd edir ki. 2 uşaq atası Ercan Özer bir müddətdir həyat yoldaşı Əminə Özer ilə ailə problemləri yaşayırmış. (Lent.az)
Bizim.Media