“Ukrayna ABŞ-dan 15 illik təhlükəsizlik zəmanətləri ilə bağlı təklif alıb. Amma biz daha uzunmüddətli – 30 və ya 50 illik zəmanətlər almaq istəyirik. Məqsədimiz müharibəni bu il, ilin sonunadək başa çatdırmaqdır və danışıqların məqsədi də budur”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Münxendə keçirilən mətbuat konfransında bildirib.
O bildirilib ki, müharibəni bu il ərzində başa çatdırmağa ümid edir: “Bu gün Marko Rubio ilə görüşdən sonra sülh danışıqları ilə bağlı Uitkoff və Kuşnerlə danışıqlar olacaq”.
Bizim.Media