Kubada ölkənin ən böyük və ən qədim neft emalı zavodu olan Havanadakı Niko Lopes neft emalı zavodunda yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “AFP” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən neft emalı zavodu yanacaq çatışmazlığı yaşayan Kuba üçün çox vacibdir. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Xatırladaq ki, 29 yanvar 2026-cı il tarixində Ağ Ev Trampın imzaladığı fövqəladə vəziyyət sərəncamı ilə Kuba hökuməti ABŞ-ın “milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə” təhdid kimi qəbul olunub.
Bu sərəncam Kubaya daxili və xaricdən neft gəlməsini məhdudlaşdırmaq üçün mexanizmlər yaradıb, o cümlədən Kubaya neft satan ölkələrin mallarına ABŞ-ın tariflər qoyulması ilə bağlı hüquqi səlahiyyət verib. Nəticədə Kuba enerji böhranı ilə üzləşib.
Bizim.Media