ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Truth Social” hesabında Amerikanın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb.
"İranla danışıqların uğursuz olması halında, təyyarədaşıyan gəminin bölgədə olması lazımdır. İranla danışıqlar uğurlu olacaq. Əks təqdirdə, onlar üçün pis gün olacaq", - Tramp daha əvvəl verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, Trampın sözügedən açıqlamadan sonra təyyarədaşıyan gəmini paylaşması siyasi təhlilçilər tərəfindən İrana açıq təhdid kimi qiymətləndirilir.

Bizim.Media